Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus''dan yeni rekord

''Yuventus''dan yeni rekord

Tarix: 27 Iyul 2020 13:32

İtaliya A Seriyasının 36-cı turunda “Sampdoriya”ya 2:0 hesabı ilə qalib gələrək, növbəti çempionluğunu rəsmiləşdirən "Yuventus” yeni rekord müəyyənləşdirib.

Qol.az xəbər verir ki, Turin klubu Avropanın “böyük beşlik” çempionatlarında ardıcıl 9 dəfə çempionluq qazanan ilk komanda olub.

"Qoca sinyora" bu mövsüm 8-ci çempionluğunu qazanan “Bavariya”nı bu göstəricidə geridə qoyub.

Qeyd edək ki, bu, “Yuventus”un tarixində 36-cı çempionluğu olub.

 


Etiketlər:  Yuventusdan yeni rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ