Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Siz, gerçəkdən, həmin Osmanın qızısınız?" - Brilliant Dadaşova

Tarix: 27 Iyul 2020 16:09

Siz, gerçəkdən, həmin Osmanın qızısınız?"

Milli.Az xəbər verir ki, bunu Xalq artisti Brilliant Dadaşova xalqımızın milli həmrəylik aksiyalarını xuliqanlıq, vətənşüvənlik adlandıran Sevinc Osmanqızına müraciətində deyib.

Xalq artisti xatırladıb ki, dünyanın bütün ölkələrində, hər bir xalqın nümayəndələri bir yerə toplaşıb, sivil yolla istənilən hadisəyə öz etirazlarını bildirmək haqqına malikdirlər: 

"Şəxsən bu situasiyada sizin "Humanizminizi" nümayiş etdirməniz məni ağlatdı. Atanız üçün ürəkdən ağlamışdım, indiki gözyaşım isə atanızın ruhunu, vətəninə sevgisini, yaralarını qanatdığınız üçündür!

Mən də musiqimizi qarmonda ifa edən, dinc əhali nümayəndəsi olan erməni əsilli qarmon ifaçısına (Super) yazıb bəyənmişəm. Lakin bayrağımı ayaq altına atıb, şəhidimizin şəklini tapdalayan şərəfsizin gözlərini dırnaqlarımla çıxardardım. Qadın olduğuma baxmayaraq onun başına qonub ətini didərdim! Bu videoda kürəyində "ASALA" yazılan terorçular tərəfindən, metro partlayışında dinc əhali, ana-bacı, qardaşlarımızla birlikdə həyatını itirmiş görkəmli musiqiçimiz Rafiq Babayevin orkestri ilə günlərin birində Amerikaya konsertə getmişdik. Təyyarədən enərkən sərnişinlərdən biri soruşdu ki, "Siz Azərbaycanlısız?" Biz "Bəli" dedik və o, bizi "Sıqan" adlandırdı. Bizim onunla heç bir işimiz olmadığı halda bizi təhqir etdi! Demək ki, savaş Yalnız səngərdə deyil, alçaq insanların azərbaycanlılara sataşdığı hər yerdədir, Sevinc Osmanqızı".

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Siz gerçəkdən həmin Osmanın qızısınız Brilliant Dadaşova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ