Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 15:20
"Mançester Siti" İngiltərə Premyer Liqasının sonuncu - 38-ci turunda Norwich-i 5:0 hesabı ilə məğlub edib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bununla da, "şəhərlilər" cari mövsümdə çempionatda vurduğu qolların sayını 102-yə çatdırıb. Komanda bu göstərici ilə yeni rekord müəyyənləşdirib.
Belə ki, "Mançester Siti" Premyer Liqa tarixində üçüncü dəfə bir mövsümdə 100 qol həddini keçən ilk komanda olub. Komanda daha əvvəl 2017/18-ci il mövsümündə çempionatı 106, 2013/14-cü il mövsümündə isə 102 qolla bitirmişdi.
Xatırladaq ki, "Mançester Siti" son mövsümdə Premyer Liqanı 2-ci pillədə bitirib.