Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 22:40
Litva Bankı LBCOİN rəqəmli kolleksiya sikkəsinin buraxılmasını elan edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu, Avropada Mərkəzi Bank tərəfindən verilən ilk kriptovalyutadır.
Mərkəzi Bank LBCOİN-nin iyulun 23-də təqdim edəcəyi barədə ilk dəfə bu ayın əvvəlində açıqlama verib.
DLT-də olan sikkə altı rəqəmli, kolleksiya toplayanlar üçün isə bir fiziki sikkədən ibarətdir.
Layihə çərçivəsində bank 4000 LBCOİN-ni təqdim edib, bu da 24.000 rəqəmli sikkəyə, əlavə olaraq gümüşdən hazırlanan 4000 kolleksiya sikkəsinə bərabərdir.
Bankın İdarə Heyətinin sədri Vitali Vasilyuskasın sözlərinə görə, LBCOİN-in işə salınması Bankın maliyyə və ödənişlər sahəsində yeniliklər tətbiq etməsinin nəticəsidir.
O hesab edir ki, bank tərəfindən kriptovalyutanın və gümüş sikkələrin buraxılması klassik numizmatika və sürətlə inkişaf edən Fintech sahəsi arasında körpü yaradıb.
Qeyd edək ki, kriptovalyutanın buraxılışı 1918-ci ildə Müstəqillik Aktını imzalamış Litvanın yubileyinə həsr olunub.