Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 08:44
Uzun illər olar ki tədqiqatçılar akkumulyatorların dəyərini azaltmaqla yanaşı, onların tutumunu da yüksəltməyə çalışırlar. Bu yaxınlarda amerikalı alimlər qrupu enerji sıxlığını artırmaqla yanaşı, həm də batareyaları daha davamlı və ucuz edə bilən yeni kobaltsız batareyanın hazırlanması uğurunu bölüşüblər.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, kobalt müasir batareyaların tərkibinə daxil olan ən bahalı minerallardan biri hesab edilir. Bir ton kobaltın standart dəyəri 28500 dollardır. Bu, nikel, manqan və alüminiumun birgə dəyərindən yüksəkdir. Bu halda kobalt litium-ion akkumulyatorlarda katodların tərkibinin 30%-ni təşkil edir.
Kobalt nisbətən ucuz nikellə əvəz edilib, indi katodun təxminən 89%-i nikeldən ibarətdir. Bu mineral sayəsində akkumulyatorun sıxlığını yüksəltmək mümkün olub ki, bu da öz növbəsində batareyanın istismar müddətinin artmasına gətirib çıxara bilər. Son nəticədə bu, bütün müasir qurğularda akkumulyatorların tutumunun artmasına gətirib çıxaracaq.