Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qeyri-adi mobil tətbiqlər

Qeyri-adi mobil tətbiqlər

Tarix: 30 Iyul 2020 20:16

Uşaq bezlərinin nəmliyinin təhlili, saçların virtual rənglənməsi, kalorinin şəkillə təyini, smartfonun gözlə idarə olunması...

Sonxeber.net ted.az-a istinadən bildirir ki, tətbiqlər çoxdur, ancaq ehtiyacları ödəmək üçün çalışanlar daha azdır. Mobil tətbiqlər bəzən işimizə yaraya bilər.

Körpə baxımı tətbiqi

Littleone startapından Smart-Bottle və Smart-Peepee adlanan iki cihaz valideynlərə mobil tətbiqetmənin köməyilə bəslənmə prosesini və uşaq bezlərinin vəziyyətinə nəzarət etməyə imkan verir. Smart-Bottle - tərkibindəki südün temperaturunu və körpənin qidalanma rejimini izləyə bilən ağıllı şüşədir. Smart-Peepee - uşaq bezinin kənarında asılmış və nəm səviyyəsini təhlil edən uşaq bezi sensorudur. Hər iki cihaz alınan məlumatları mobil tətbiqə bildirir. Bu zaman valideynlər uşağın qidalanmalı olduğu, bezi dəyişdirməyi və ya şüşədəki südün soyuduğu barədə bildirişlər alırlar.

Smartfonun gözlə idarə olunması

Hawkeye Access brauzeri ARKit-ə əsaslanan yeni bir iPhone həllidir, o, fiziki qüsurlu insanlara ələ ehtiyac olmadan öz smartfonlarından istifadə etmələrinə imkan verir. Tətbiqdə cihaz tərəfindən izlənən göz hərəkətlərindən istifadə etməklə mümkündür. Məsələn, düymələr və tətbiqlər baxışla və ya gözü yumub-açmaqla çalışa bilər, axtarışlar isə səslə aparılır.

Şəkillərdən kalorini hesablamaq

Bu gün kalori saymağa, çəki və pəhriz izləməyə kömək edən çox sayda tətbiq var. Onlardan biri olan Calorie Mama standart funksiyalardan əlavə, yeməklərin fotoşəkillərindən məhsulları tanımaqla kalori saya bilər. İstifadəçi həm yeməyin ümumi kolorisini, həm də fərdi tərkib hissələrini görə bilir.

Dırnaq üçün boya rənglərinin seçimi

NailBuff - istifadəçilərə dırnaq lakı (boyası) rənglərini tapmağa kömək edən yeni bir tətbiqdir. İstifadəçilər telefonun kamerası və ya saxlanan şəkillərindən istifadə edərək yeni rənglər axtara bilərlər. Gələcəkdə NailBuff alış üçün funksionallıq əlavə edəcək və marka dırnaq laklarının alınmasında başlanğıc nöqtəsi olmağı hədəfləyir.

Virtual saç rənglənməsi

Madison Reed saytı istifadəçilərə saç rənglərinin çeşidini real vaxt rejimində sınamağa imkan verən tətbiq yaradıb. Uyğunlaşdırma genişlənmiş reallıq texnologiyasından istifadə etməklə baş verir: kamera vasitəsilə hər kəs saçlarının 40-dan çox rəngdə necə görünəcəyini görə bilər. Qərar qəbul etməyin rahatlığı üçün ekran iki hissəyə bölünür, buna əsasən mövcud saç rənginizi istədiyinizlə müqayisə edə bilərsiniz. Gözəllik sənayesi üçün AR texnologiyasından istifadə yeni deyil: sırğalar, dırnaq lakı, makiyaj və digərlərini seçmək üçün bir çox tətbiq var, amma son vaxtlara qədər saçlarla bağlı müəyyən çətinliklər var idi. Proqramların saçları təqlid etməsi çətin idi, xüsusən də saç rəngini boyamaq istəyən tünd rəngli saça malik stehlakçılar üçün.


Etiketlər:  Qeyri mobil tətbiqlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ