Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Nokia” telefonlarının məlumatları Finlandiyada saxlanılacaq

“Nokia” telefonlarının məlumatları Finlandiyada saxlanılacaq

Tarix: 21 Iyun 2019 14:16

"Nokia" smartfonlarının buraxılış hüququna malik "HMD Global" şirkəti elan edib ki, Sinqapurda yerləşən istifadəçi məlumatlarının Finlandiyaya daşınması prosesinə başlayacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, Finlandiyada ilk olaraq adı çəkilən şirkətin yeni modellərinin ("Nokia 4.2", "Nokia 3.2" və "Nokia 2.2") məlumatları saxlanılacaq, digər telefon modellərindəki məlumatlar "Android Q" əməliyyat sisteminə yenilənmədən sonra daşınacaq, bütün proses 2020-ci ildə başa çatacaq.

 

Finlandiya hakimiyyəti cari ilin martında "Nokia" brendinə məxsus telefonların istehsalçısı olan "HMD Global" şirkəti ilə bağlı fərdi məlumatların təhlükəsizliyi barəsində araşdırma aparıb. "Nokia 7 Plus" telefonlarının bəzi fərdi məlumatları Çinin "China Telecom" dövlət serverinə göndərməsi şübhə doğururdu. İstehsalçı etiraf etmişdi ki, bir sıra "Nokia 7 Plus" telefonları həqiqətən proqramlaşdırma səhvinə görə məlumatları göndərib, amma proqram təminatı yeniləndikdən sonra bu problem aradan qalxıb.

 

Emil Hüseynov




Etiketlər:  Nokia telefonlarının məlumatları Finlandiyada saxlanılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ