Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da iki kiçik təyyarə toqquşub: 7 ölü (Əlavə olunub)

ABŞ-da iki kiçik təyyarə toqquşub: 7 ölü (Əlavə olunub)

Tarix: 1 Avqust 2020 07:42

Bakı. Trend:

Alyaskada (ABŞ) iki kiçik təyyarənin toqquşması nəticəsində aralarında ölkənin nümayəndələr palatasının deputatı Harri Knop olmaqla 7 nəfər ölüb.

Trend-in məlumatına görə, hadisə Kenay yarımadasındakı Soldotna aerodromu yaxınlığında baş verib. ABŞ Federal aviasia idarəsi göyərtəsində altı sərnişini olan tək mühərrikli "Havilland DHC-2" və digər kiçik "Piper Aztec" təyyarələri havada toqquşub. Nəticədə altı nəfər faciə yerində, daha bir nəfər xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən həlak olublar.

H.Knopun ölümü ilə bağlı məlumat siyasətçinin həmkarları tərəfindən təsdiqlənib.

Federal aviasiya idarəsi və milli təhlükəsizlik şurası araşdırmalar aparır.

XXX

04:35

ABŞ-ın Soldotna şəhərində (Alyaska ştatı) iki kiçik təyyarə toqquşaraq qəzaya uğrayıblar.

Trend-in məlumatına görə, bu barədə ölkənin Federal aviasia idarəsi xəbər yayıb.

"Havilland DHC-2" və "Piper Aztec" təyyarələri aerodromnan 3.2 kilometr şimal-şərqdə toqquşublar. Ölən və yaralananlar var, lakin onların dəqiq sayı məlumatda verilmir.

Qurbanlar araslnda Respublikaçılar partiyasının üzvü konqresmen Qeri Knopun olduğu bildirilir.

Qəzanın səbəbləri araşdırılır.


Etiketlər:  ABŞ da iki kiçik təyyarə toqquşub 7 ölü Əlavə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ