Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2020 07:12
"Samsung" şirkəti "Galaxy M31" smartfonunun çıxarılmasından 5 ay sonra cihazın yenilənmiş versiyasını təqdim edib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, smartfon 2400x1080 piksel təsvir ölçülü, maksimal parlaqlığı 420 nit olan 6,5 düymlük "Super AMOLED" displey və 32 meqapiksellik ön kamera ilə təchiz edilib. "Galaxy M31s" smartfonu "Exynos 9611" mobil platforması, 6 və ya 8 QB əməli yaddaşa malikdir. Hər iki halda daxili yaddaşın tutumu 128 QB təşkil edir (256 QB-lıq "microSD" yaddaş kartı quraşdırmaq mümkündür).
Korpusun arxa tərəfində 64, 12, 5 və 5 meqapiksellik 4 sensordan ibarət əsas kamera modulu yerləşib. Qurğuya quraşdırılmış akkumulyatorun tutumu 6000 milliamper/saatdır, dəstəklənən enerji mənbələrinin gücü isə istehsal xəttinin əvvəlki modeli ilə müqayisədə 25 vattadək artırılıb.