Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə millisinin üzvü İtaliya klubunda

Türkiyə millisinin üzvü İtaliya klubunda

Tarix: 1 Avqust 2020 16:06

Türkiyə millisinin üzvü Kaan Ayhan İtaliyanın "Sassuolo" klubu ilə anlaşıb.

Milli.Az matc-a istinadən xəbər verir ki, müdafiəçi A Seriyası təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.

Mövsümü "Fortuna" (Düsseldorf) klubunda keçirən Kaan komandanın Bundesliqanı tərk etməsinin ardından Almaniyadan ayrılıb.

24 yaşlı oyunçunun adı "Galatasaray"la hallansa da, Ayhan karyerasını İtaliyada davam etdirəcək. "Saasuolo"nun Türkiyə millisinin müdafiəçisi üçün qarşı tərəfə 2,5 milyon avro ödəyəcəyi bildirilib. 

Milli.Az


Etiketlər:  Türkiyə millisinin üzvü İtaliya klubunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ