Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2020 13:42
"Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud komandanın iyul ayındakı ən yaxşı futbolçusu seçilib.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, azarkeşlərin iştirakı ilə keçirilən səsvermədə 18 yaşlı hücumçu 46 faiz səslə qalib olub. O, Antoni Marsial (28 faiz) və Bruno Fernandeşi (26 faiz) qabaqlayıb.
Qeyd edək ki, Meyson Qrinvud iyul ayında "qırmızı şeytanlar"ın heyətində 4 qol vurub və 7 qolun ötürməsini verib.