Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər bu qidaların insult riskinə təsir etdiyini müəyyən etdilər

Alimlər bu qidaların insult riskinə təsir etdiyini müəyyən etdilər

Tarix: 3 Avqust 2020 01:30

Alimlər fərqli ölkələrdə 418 mindən çox insanın iştirak etdiyi araşdırma apararaq hansı məhsulların insult riskini artırıb - azaltdıqlarını müəyyən ediblər.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, tədqiqatçıların gəldiyi nəticəyə görə, qida rasionu insult riskinə təsir edən birinci amildir.

Əvvəlki tədqiqatlar da bunu təsdiqləyirdi. Lakin yeni tədqiqata əsasən məlum olur ki, məsələn, meyvə, tərəvəz, lif, süd və süd məhsullarından yüksək suqəbuledici işemik insult riskinin azalmasına təsir edir.Ama bu hemorragik insultun yaranma ehtimalını azaltmır. Əgər tez-tez yumurta yeyirsinizsə, onda hemorragik insult riskini artıra bilərsiniz , ama bu işemik ehtimalına təsir etmir.

Tədqiqatçılar işemik insultun bol lif, yəni meyvə, tərəvəz, qoz-fındıq, taxıl və paxlalı bitkilərlə azaldığını iddia edir. Gündə hər on qram lif, insult riskini 23% azaldır.


Etiketlər:  Alimlər qidaların insult riskinə təsir etdiyini müəyyən etdilər


RƏYLƏR