Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Serbiya parlamentinin qarşısında etiraz aksiyası keçirilib

Serbiya parlamentinin qarşısında etiraz aksiyası keçirilib

Tarix: 3 Avqust 2020 15:36

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqradda parlament binası qarşısında etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, aksiyas yeni seçilmiş parlamentin ilk iclası zamanı baş verib.

Qeyd olunur ki, bir qrup etirazçı deputatların avtomobillərinin qarşısını kəsməyə çalışıb. Bəzi deputatlara yumurta atılıb.

Polis etirazçılardan bir nəfəri saxlayıb. İnsidentdən sonra parlamentdə deputatların andiçmə mərasimi baş tutub.


Etiketlər:  Serbiya parlamentinin qarşısında etiraz aksiyası keçirilib


RƏYLƏR