Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çimərliklərin məişət tullantılarından təmizlənməsi üçün xüsusi adamlar ayrılacaq

Çimərliklərin məişət tullantılarından təmizlənməsi üçün xüsusi adamlar ayrılacaq

Tarix: 3 Avqust 2020 17:54

Bakı. Ceyhun Ələkbərov - Trend:

Çimərliklərdə əsas məsələlərdən biri də dezinfeksiya işləri və məişət tullantıların vaxtı vaxtında atılması məsələsidir ki, buna görə də xüsusi insanlar ayrılacaq.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bununla əlaqədar şəhər komunal strukturları gücləndirilmiş iş rejimində fəaliyyət gösətərəcək:

“Artıq çimərliklərdə məişət tullantılarının atılması və dezinfeksiya işlərinin aparılması üçün xüsusi qruplar ayrılıb və onlar müvafiq təlimatlar alıblar. Bütün çimərliklərdə konteynerlər yerləşdirilib, ancaq tibbi maskaların atılması üçün başqa bir konteynerlər nəzərdə tutulub ki, ora yalnız istifadə olunmuş maska atılacaq. Bu işlər tərəfimizdən ciddi nəzarətdə saxlanılacaq”.

Elgin Həbibullayev qeyd edib ki, müvafiq qurumlar bütün bu işləri yerinə yetirəcək, ancaq əsas məsələ vətəndaşların üzərinə düşən vəzifədir, onlar qoyulmuş qaydalara düzgün riyayət etməlidirlər".


Etiketlər:  Çimərliklərin məişət tullantılarından təmizlənməsi üçün xüsusi adamlar ayrılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ