Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 16:44
Rumıniya Liqasında 2019/2020 mövsümünün qalibi müəyyənləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu, "Kluj"dur. Komanda çempionluq qrupundakı son matçda ən yaxın izləyicisi "Krayova"nın qonağı olub və 3:1 hesabı ilə qalib gəlib. Bununla da, "Kluj" ardıcıl 3-cü dəfə, ümumilikdə isə 6-cı dəfə ölkə çempionu olub.
Qeyd edək ki, komanda ÇL-in 1-ci təsnifat mərhələsində səpələnmişlər səbətində yer alacaq. Azərbaycan təmsilçisi "Qarabağ" da səpələnmişlər səbətindədir.