Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İlkinin oynadığı rollar təkrardır" - Allahverdi Yolçuyev

Tarix: 4 Avqust 2020 19:40

Aktyor Allahverdi Yolçuyev "7 Canlı" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi ona göstərilən aktyorlarla bağlı fikir söyləyib.

İlkin Həsəni və Nicat Rəhimovun fotosunu görən Yolçuyev "Hər ikisinin gəlcəkdə yaşlı aktyorların yerini tutacaqlarına ümide dirəm. Buna patensialları var. İlkinin (aktyor İlkin Həsəni - red.) oynadığı rollar təkrardır. İstedadları yüksəkdir, istəsələr başqa cür oynaya bilərlər. Aktyorun böyüklüyü odur ki, bir rolu o birindən fərqlənsin" sözlərini söyləyib.

Xalq artistləri Bəsdi Cəfərova və Zemfira Nərimanbəyovanın illərdir küsülü olmasından söz açan aktyor onları barışdırmaq istədiyini söyləyib:

"İmkanım təmtəraqlı qoanqlığa çatmır, amma kiçik bir məclislə onları barışdıra bilərəm".

Xalq artisti Firəngiz Mütəllimova və Yaşar Nuri haqda ünvanlanan "Sizcə, onlar arasında ailə qurma ola bilərdi" sözlərinə aktyor "Yox, çünki hər ikisini tanıyırdım, səhnə bölüşmüşük. Onların arasında böyük dostluq var idi. On min yamaq vura bilərlər. Rafael Dadaşov haqda da deyirdilər ki, o, qızı aldı? Hər tamaşadan sonra aktrisanı gərək alaq?" deyə, bildirib.

Milli.Az


Etiketlər:  İlkinin oynadığı rollar təkrardır Allahverdi Yolçuyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ