Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beyrutda baş verən partlayışda BMT-nin 48 əməkdaşı xəsarət alıb

Beyrutda baş verən partlayışda BMT-nin 48 əməkdaşı xəsarət alıb

Tarix: 5 Avqust 2020 08:16

Bakı. Trend:

Livanın paytaxtı Beyrutun dəniz limanında baş verən partlayış nəticəsində BMT-nin əməkdaşları da xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" telekanalına BMT-nin baş katibinin rəsmi nümayəndəsi Farhan Hak deyib.

F.Hak bildirib: "Beyrutda baş verən partlayış nəticəsində BMT-nin 48 əməkdaşı və onların 27 ailə üzvü xəsarət alıb".

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 78 nəfər həlak olub, 4 min nəfər isə xəsarət alıb.

Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.


Etiketlər:  Beyrutda baş verən partlayışda BMT nin 48 əməkdaşı xəsarət alıb


RƏYLƏR