Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2019 16:18
Bakı. Samir Əli - Trend:
Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni salınan yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyatdan istifadəsi təmin edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib.
Belə ki, bu gün səhərdən etibarən 185 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar yaşayış kompleksindən keçməklə hərəkət edirlər. Bakı Nəqliyyat Agentliyinin tətbiq etdiyi bu dəyişiklik sayəsində artıq kompleks sakinləri Sabunçu rayon mərkəzi, "Neftçilər" metro stansiyası və "8-ci km bazarı" istiqamətinə birbaşa müntəzəm marşrut xəttindən istifadə etməklə hərəkət edə bilirlər.
Bu gündən etibarən Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi sakinlərinin də ictimai nəqliyyatdan istifadə etmək istəkləri təmin edilib. 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Dadaş Bünyadzadə küçəsindən keçməklə sərnişinlərimizə xidmət göstərir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin