Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb (FOTO)

Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb (FOTO)

Tarix: 7 Avqust 2020 10:42

Bakı. Trend:

Zərbad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərin aşkar edilməsi məqsədi ilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, belə ki, rayonun Çallı kəndində yaşayan İsa İsayev qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxıanılaraq Zərdab Rayon Polis Şöbəsinə gətirilib. Onun kənd ərazisində yerləşən fermasındakı yaşayış yerinə baxış zamanı 1 ədəd təklüləli “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma zamanı İsa İsayevə məxsus ov silahının müvafiq sənədlərinin olmadığı məlum olub.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb (FOTO) - Gallery Image Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb (FOTO) - Gallery Image


Etiketlər:  Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ