Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 07:48
Bakı. Trend:
Türkiyənin Malatya vilayətində 3,8 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 04:29-da qeydə alınıb. Zəlzələnin episentri Pütürge rayonunda olub.
Zəlzələnin ocağı isə 5 kilometr dərinlikdə yerləşib.
Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.