Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2019 07:48
Bakı. Trend:
Fransanın ICD Beynəlxalq Biznes Məktəbi (Institut international du commerce et du développement)
Fransanın Paris şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbi marketinq, ticarət və biznesin inkişafı sahəsində ixtisaslaşmış beynəlxalq biznes məktəbidir. ICD Beynəlxalq Biznes Məktəbi ilə UNEC arasında ikili diplom proqramı müqaviləsi imzalanıb. Proqramda iştirak etmək üçün tələblər UNEC-də bakalavr pilləsi üzrə təhsillərinin ilk iki ilini müvəffəqiyyətlə başa vurmalı, təhsilin üçüncü ilində iki semestr müddətinə ICD-də təhsil almalı və dördüncü ili yenidən UNEC-ə qayıdaraq təhsillərini müvəffəqiyyətlə başa vurmalıdırlar. Bu halda tələbələr UNEC diplomu ilə yanaşı "Biznes" ixtisası üzrə ICD diplomunu da əldə edəcəklər. Təhsil ingilis dilindədir.
Fransanın Montpellier Universiteti
UNEC ilə Fransanın Montpellier Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı vasitəsilə UNEC-in magistrləri Montpellier universitetindən “Biznes inzibatçılığı” ixtisası üzrə magistr diplomu əldə edə biləcəklər. Tələbələr tədris ilinin birinci semestrini UNEC-də, 2-ci semestri isə Montpellier universitetində keçirəcəklər. Yekunda dissertasiya işi UNEC-də hər iki universitetin nümayəndələrindən ibarət münsiflər heyətinin qarşısında müdafiə edəcəklər. Proqramı uğurla başa vuran tələbələr UNEC diplomu ilə yanaşı, Montpellier Universitetinin diplomunu da əldə edəcəklər. Təhsil ingilis dilindədir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin