Tarix: 9 Avqust 2020 17:12
"Potensial rəqiblərimizin hamısı əla komandalar idi. “Qarabağ” aşkar favoritdir, amma Avropada daha uzun yolun xəyalındayıq".Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Sileks"in baş məşqçisi Qoran Simov deyib.
Albaniya klubunun çalışdırıcısı yerli mətbuata açıqlamasında püşkü dəyərləndirərkən "Qarabağ"ı tərifləməklə yanaşı, Bakıya yaxşı nəticə üçün gələcəklərini bildirib:
“Qarabağ” yeddi il Azərbaycan çempionu olmuş və mütəmadi olaraq Çempionlar Liqasına vəsiqə qazanan əla komandadır. Rəqibin 20 miyon avro büdcəsi var. Ancaq biz ora ağ bayraqla getmirik. Əvvəlki kimi əlimizdən gələnin ən yaxşısını edəcəyik. Futbolda 90 dəqiqə ərzində hər şeyin mümkün olduğu dəfələrlə görünüb. Ümid sonda ölür".
Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 18-19 avqustda keçiriləcək. Bir oyundan ibarət bu mərhələdə "Qarabağ" rəqibini Bakıda qəbul edəcək.