Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Facebook” şirkəti “Instagram”da “TikTok” xidmətinin analoqunu istifadəyə verib

“Facebook” şirkəti “Instagram”da “TikTok” xidmətinin analoqunu istifadəyə verib

Tarix: 11 Avqust 2020 08:56

ABŞ-ın "Facebook" şirkəti "Instagram"da "TikTok"a oxşar "Reels" xidmətini istifadəyə verib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, ""Instagram"da qısa əyləncəli videolar yaratmaq və izləmək üçün yeni "Reels" xidməti istifadəyə verdik" - "Facebook"un bəyanatında deyilir.

Məlumata görə, 15 saniyəlik çarxın çəkilməsi üçün "Instagram"ın mobil proqramında kameranı açmaq, bundan sonra aşağıdakı paneldən müvafiq funksiyanı seçmək lazımdır. Çarxların müəlliflərinə müxtəlif videomontaj alətləri və treklər kataloqundan səs yazıları əlçatandır.

"TikTok" xidmətində olduğu kimi, "Instagram Reels"də də videoçarxlar sosial şəbəkə istifadəçiləri üçün həm məxfi, həm də açıq ola bilər. Bundan başqa, proqrama hazır çarx yükləmək olar.


Etiketlər:  Facebook şirkəti Instagramda TikTok xidmətinin analoqunu istifadəyə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ