Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 21:16
2020-ci ilin əvvəlində növbəti 10 il ərzində karbonsuz şirkət olma hədəfini açıqlayan Microsoft 2030-cu ilə qədər sıfır tullantılı əməliyyat sisteminə keçməyi hədəflədiyini açıqladı.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, sıfır tullantıların əmələ gəlməsi üçün Microsoft Dairəvi Mərkəzləri yaratmağa hazırlaşan şirkət, serverlərini və aparatlarını təkrar istifadə etməyi planlaşdırır.
Sıfır tullantıların hədəfi Microsoft-un ilin əvvəlində elan etdiyi ekoloji davamlılıq təşəbbüsünün üçüncü hissəsidir. Şirkət dörd əsas başlıq altında "karbon-su-ekosistem - tullantılar" kimi müzakirə olunan ekoloji dayanıqlılığa dair iddialı hədəflər qoyduğu kimi iş ortaqlarını, işçilərini və müştərilərini eyni hədəfə çatmaq üçün texnologiyası ilə dəstəkləyir.