Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Albert Riera “Qalatasaray”a qayıtdı

Albert Riera “Qalatasaray”a qayıtdı

Tarix: 12 Avqust 2020 21:06

"Qalatasaray"ın sabiq futbolçusu Albert Riera yenidən Türkiyə klubuna qayıdıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, ispaniyalı bu dəfə məşqçi kimi İstanbul təmsilçisinə xidmət edəcək.

Mövsüm başa çatdıqdan sonra əsas köməkçi məşqçi Hasan Şaşla yollarını ayıran "cim-bom" yaranmış boşluğu məhz Riera ilə doldurub. Qısa müddət sonra məşqlərə qoşulacaq 38 yaşlı məşqçi baş məşqçi Fatih Terimin əsas köməkçisi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Qalatasaray"ın məşqçilər korpusunda yer alacaq digər yeni sima karyerasını bitirən Səlçuk İnandır.

Milli.Az


Etiketlər:  Albert Riera Qalatasaraya qayıtdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ