Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya məhkəməsi Google-u cərimələyib

Rusiya məhkəməsi Google-u cərimələyib

Tarix: 13 Avqust 2020 08:36

Rusiya məhkəməsi Google şirkətini cərimələyib.

Rusiya məhkəməsi Google-u cərimələyibRusiyanın rayon məhkəməsi axtarış sistemləri ilə bağlı qanunvericiliyi təkrar pozduğu üçün Google şirkətini 1,5 milyon rubl, yəni 20 min ABŞ dollardan çox məbləğdə cərimələyib.

Qərara görə, Google qadağaya baxmayaraq, Rusiya ərazisində fəaliyyəti məhdudlaşdırılmış saytlar barədə axtarış nəticələrini istifadəçilərə təqdim edib.

Qeyd edək ki, bu, Rusiyada Google şirkətinə qarşı olan ikinci məhkəmə prosesidir. 2018-ci ilin dekar ayında şirkət qadağan edilmiş məzmunun filtrlənməsindən imtina etmək üçün cərimələnib.


Etiketlər:  Rusiya məhkəməsi Google cərimələyib


RƏYLƏR