Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tehran ABŞ-ın pilotsuz aparatlarını vurmağa hazırdır

Tehran ABŞ-ın pilotsuz aparatlarını vurmağa hazırdır

Tarix: 24 Iyun 2019 11:56

Bakı. Trend:

ABŞ İranın hava məkanının pozulacağı təqdirdə Tehranın sərt cavab vermək qabiliyyətində olduğunu bilir.

Trend-in məlumatına görə, bunu İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi deyib.

O bildirib ki, ABŞ özünün ən ağıllı və ən təkmil patrul təyyarəsini qadağan olunmuş zonaya göndərib:

“Hamı gördü ki, bu pilotsuz aparat dayandırıldı və bəyan edirik ki, biz bunu dəfələrlə təkrar edə bilərik”.

Xatırladaq ki, ötən həftə İran öz hava məkanında ABŞ-a məxsus pilotsuz dronu vurduğunu bəyan etmişdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tehran ABŞ pilotsuz aparatlarını vurmağa hazırdır


RƏYLƏR