Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ucuz iPhone 12 nə vaxt təqdim ediləcək?

Ucuz iPhone 12 nə vaxt təqdim ediləcək?

Tarix: 13 Avqust 2020 21:16

Texnologiya nəhəngi Apple iPhone 12 seriyasında 5G-yə üstünlük versə də, 4G texnologiyasına sahib bir modelin olacağı da bildirilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Apple artıq 5G dünyasına addım atır. Sentyabr ayında təqdim olunacaq dörd yeni iPhone-un da 5G dəstəkli olacağı məlumdur. Ancaq firmanın beşinci modelini də nümayiş etdirəcəyi deyilir.

Məlum olduğu qədər sözügedən model ucuz 4G iPhone 12 olacaq. Bu smartfon 2021-ci ilin əvvəllində satışa çıxarılacaq.

5G texnologiyası hələ tam yayılmadığı üçün modelin böyük potensiala malik olduğu deyilir.

Daha çox az gəlirli şəxslər üçün nəzərdə tutulan smartfonun Azərbaycan bazarında yer alıb-almayacağı bəlli deyil.

Milli.Az


Etiketlər:  Ucuz iPhone vaxt təqdim ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ