Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azərkosmos” “iSAT Africa” şirkəti ilə əməkdaşlığa başlayıb

“Azərkosmos” “iSAT Africa” şirkəti ilə əməkdaşlığa başlayıb

Tarix: 14 Avqust 2020 17:44

Bakı. Trend:

“Azərkosmos” Afrika və Yaxın Şərq regionunda korporativ yayım, video və data xidmətləri təmin edən “iSAT Africa” şirkəti ilə əməkdaşlığa başlayıb.

“Azərkosmos”dan Trend-ə bildirilib ki, əməkdaşlığa əsasən, “iSAT Africa” şirkəti Afrikanın müxtəlif bölgələrində telekommunikasiyaya artan tələbatı “Azerscpace-2” peykinin resursları vasitəsilə təmin edəcək. “iSAT Africa” “Azerspace-2” peykinin imkanlarından istifadə etməklə Afrika regionunun 90%-nə data xidmətləri ilə yanaşı, müxtəlif yerüstü peyk həlləri də təqdim edəcək.

“iSAT Africa” şirkəti ilə əməkdaşlığımızı fəal inkişaf etdirmək niyyətindəyik. Bu əməkdaşlıq bizə “Azerspace-2” peykinin imkanlarının Afrikanın ən ucqar ərazilərində də istifadə etməyə fürsət verəcək” – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye deyib.

“Azərkosmos” ilə tərəfdaşlıq statusumuz hazırki pandemiya dövründə peyk xidmətləri üzrə mürəkkəb layihələrimizi uğurla həyata keçirəcəyimizə zəmanət verir. Biz Afrikanın hər bir nöqtəsindən müraciət edən müştərilərimizə çevik və operativ xidmət təqdim edə biləcəyik”, – deyə “iSAT Africa” şirkətinin Biznesin inkişafı üzrə direktoru Stenli Ayittah qeyd edib.


Etiketlər:  Azərkosmos iSAT Africa şirkəti ilə əməkdaşlığa başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ