Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Telegram'' ''Android'' üçün videozəng funksiyasını təqdim edib

''Telegram'' ''Android'' üçün videozəng funksiyasını təqdim edib

Tarix: 15 Avqust 2020 08:24

"Telegram" messenceri "Android" platforması üçün videozəng funksiyasını rəsmi olaraq təqdim edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "Telegram"ın mətbuat konfransında bildirilib.

"2020-ci il dünyaya videozəng üçün etibarlı vasitələrə ehtiyac olduğunu göstərdi. Bu gün "Android" platforması üşün tətbiqdə (iOS-da da videozənglər yaxın zamanda mövcud olacaq) videozənglərin alfa-versiyasını təqdim edirik", - məlumatda belə deyilir.

Videozəng istifadəçi profilindəki kamera işarəsi işə düşür. Messencerin funksionallığı danışıq zamanı səsli zəng və videozəng arasında keçid etməyə, həmçinin zəngi bitirmədən yazışmağa imkan verir.


Etiketlər:  Telegram Android üçün videozəng funksiyasını təqdim edib


RƏYLƏR