Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 09:00
Çinin "Xiaomi" şirkəti populyar "Redmi Note 9" smartfonunu yeni rəng çalarında təqdim edib. Belə ki, "Onyx Black" adlı modifikasiya beynəlxalq bazarda təklif olunacaq.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Xiaomi Redmi Note 9" bu ilin aprelində nümayiş olunub. O, "MediaTek Helio G85" prosessoru, "Full HD plus" (2340 × 1080 piksel) təsvir ölçülü 6,53 düym diaqonallı ekran, 3/4 giqabaytlıq "LPPDDR4x" operativ yaddaş və 64/128 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz olunub. Enerji 18 vatlıq sürətli enerjidoldurma funksiyasına malik 5020 milliamper/saat tutumlu akkumulyator batareyası tərəfindən təmin edilir.
Əvvəlcə smartfon üç - "Forest Green", "Midnight Grey" və "Polar White" rəng versiyasında təklif olunub. Bundan başqa, Hindistanda eksklüziv "Scarlet Red" (qırmızı) versiyası mövcuddur.
Yeni "Xiaomi Redmi Note 9 Onyx Black" modeli isə boz rəngli korpusla təchiz olunub. Bununla yanaşı, əsas kamera bloku qara rəngdədir. O, "Samsung GM1" sensorlu və f/1,79 diafraqmalı 48 meqapikselli modulu, f/2,2 diafraqmalı 8 meqapikselli enlibucaqlı modulu, 2 meqapikselli makromodulu və 2 meqapikselli dərinlik sensorunu birləşdirir.
Qeyd edək ki, "Xiaomi Redmi Note 9 Onyx Black" smartfonu beşinci nəsil mobil rabitə şəbəkələrində işi dəstəkləmir.