Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 13:24
Bakı. Eldar Canaşvili - Trend:
İctimai iaşə obyektlərinin açıq havada fəaliyyətinə icazə bayram və toy şənliklərinin keçirilməsini nəzərdə tutmur.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, toylar kütləvi şənliklər kateqoriyasındadır: "Masa arxasında yalnız qida qəbul edərkən maskaların çıxarılmasına icazə verilir: "Digər hallar isə maskasız bir yerə toplaşmamaq, 1,5-2 metr ara məsafəsi saxlanılması kimi digər ümumi qəbul olunmuş qadağaların tərkibində olduğuna görə toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq".
Bu qaydaların pozulmasına görə, inzibati cərimələr tətbiq olunacaq.