Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Huawei Kirin prosessorlarını özü istehsal edəcək

Huawei Kirin prosessorlarını özü istehsal edəcək

Tarix: 15 Avqust 2020 22:16

ABŞ sanksiyaları səbəbilə bir neçə müddət bundan öncə Huawei şirkəti özünün Kirin prosessorlarının istehsalatlarının dayandırılacağını elan etmişdi. Belə ki, sanksiyalara görə TSMC şirkəti Huawei üçün artıq Kirin prosessorlarını istehsal edə bilməyəcək. Lakin insayderlərin verdikləri məlumata əsasən Huawei şirkəti yeni prosessor istehsalçısı ilə yetinməyəcək. Belə ki, ortaya çıxmış yeni məlumata əsasən Huawei şirkəti fərdi şəkildə prosessor istehsalına başlamağı planlaşdırır. Bu barədə 4pda saytı xəbər verib.

İnsayderlərdən biri Weibo sosial şəbəkəsində maraqlı bir məlumat paylaşıb və həmin məlumata istinad kimi şirkət rəhbərliyini qeyd edib. Məlumata əsasən şirkətin istehlakçı biznesi şöbəsinin rəhbəri Yu Chengdong, China Information 2020 tədbirində Tashan Project adlı layihədən danışıb. Həmin layihəyə əsasən şirkət 2021-ci ildə 45 nanometrlik prosessorların istehsalı üçün fərdi istehsalat xəttini istifadəyə verəcək və həmin istehsalat prosesində ABŞ texnologiyalarından istifadə olunmayacaq. Güman olunur ki, bu, Huawei şirkətinin fərdi şəkildə mobil prosessor istehsalı üçün ilk addımı olacaq.

Tashan Project layihəsi çərçivəsində şirkət mikrosxem istehsalı üçün nəzərdə tutulmuş zavodun inşasını nəzərdə tutub. Zavodda istehsal ediləcək mikrosxemlərin istehsalat proseslərində isə sanksiya altına düşmüş təchizatlardan və materiallardan istifadə olunmayacaq. Bununla paralel olaraq Huawei 28 nanometrlik məhsulların hazırlanması üçün nəzərdə tutulmuş istehsalat xətlərinin yaradılması baxımından digər Çin şirkətləri ilə əməkdaşlığı da planlaşdırır. Müasir smartfonların tələblərinə uyacaq Kirin prosessorlarının istehsalı üçün Huawei şirkətinə nə qədər vaxt lazım olacağı bilinmir.


Etiketlər:  Huawei Kirin prosessorlarını özü istehsal edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ