Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2020 18:12
Yaponiyanın "Donut Robotiks" şirkəti sahibinin nitqini digər dillərə tərcümə edən ağıllı tərcüməçi-maska hazırlayıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadla xəbər verir ki, "C-Face" adlanan bu maska həm sahibi virusdan qoruyur, həm də onun dediklərini 9 dilə - Koreya, Vyetnam, Çin, tay, fransız, ingilis, ispan, İndoneziya və yapon dillərinə tərcümə edir.
"Bluetooth" vasitəsilə smartfona qoşulan maska plastikdən hazırlanıb. Qiyməti təqribən 40 dollar təşkil edir.
Qeyd edək ki, "Donut Robotiks" şirkəti bir neçə ildir ki, "Haneda" beynəlxalq aeroportunun sifarişi ilə tərcüməçi robotlar üzərində işləyir. Maskanın hazırlanması zamanı məhz bu texnologiyadan istifadə olunub.