Tarix: 17 Avqust 2020 10:03
“Vivo” şirkəti 48 mp-lik kamera və “Snapdragon 665” prosessoru ilə təchiz edilmiş yeni “S1 Prime” smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, aparat “FHD+” təsvir ölçülü 6,38 düymlük “AMOLED” displey, displeyin alt hissəsinə quraşdırılmış barmaq izləri skaneri və 16 mp-lik selfi kamera ilə təchiz edilib.
Arxa paneldə 4 kameradan ibarət blok yerləşdirilib: 48 mp-lik əsas, 8 mp-lik super genişbucaqlı, 2 mp-lik makroobyektiv və 2 mp-lik dərinlik datçiki.
Smartfon “Qualcomm Snapdragon 665” prosessoru, 8 QB əməli yaddaş və 128 QB daxili yaddaşa malikdir.
4500 milliamper/saat tutumlu akkumulyator “USB-C” portu vasitəsilə 18 vattadək sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. Smartfonda NFC modulu yoxdur. Cihaz “Funtouch OS 9.2” interfeysli “Android 9” əməliyyat sisteminin idarəetməsi altında işləyir.
Emil Hüseynov