Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2019 17:32
"Mançester Yunayted"in kapitanı Eşli Yanq Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" ilə cavab oyunundan (0:3) sonra ingilis azarkeşlər tərəfindən "Tvitter"də irqçi təhqirlərə məruz qalıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "qırmızı şeytanlar"ın fanatları qaradərili futbolçunu "meymun" adlandırıblar. Azarkeşlərdən biri isə onun haqda "lənətə gəlmiş zənci" yazıb.
Bu hadisədən sonra müvafiq qurumlar qaradərili oyunçulara qarşı ayrı-seçkiliyin dayandırılması üçün "Tvitter" rəhbərliyini ciddi tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, cavab matçında "Barselona"ya 0:3 hesabı ilə uduzan "Mançester Yunayted" Çempionlar Liqasında mübarizəni dayandırıb.