Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin dövründə bu qaydalara əməl edilməlidir

Karantin dövründə bu qaydalara əməl edilməlidir

Tarix: 18 Avqust 2020 19:50

Karantin dövründə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində bir sıra zəruri qaydalara əməl edilməlidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ndən Milli.Az-a verilən məlumata görə, koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyət və istehlakçıların xüsusi davranış qaydalarına əməl etməsi zəruri şərtlərdəndir.

Bununla əlaqədar müvafiq qanunvericiliyə əsasən açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

Milli.Az


Etiketlər:  Karantin dövründə qaydalara əməl edilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ