Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 12:30
PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının final matçını buraxa bilər.
Qol.az "The Sun"a istinadən xəbər verir ki, buna səbəb onun tibbi protokolu pozmasıdır.
Braziliyalı hücumçu “Leyptsiq”lə qalib gəldikləri yarımfinal oyunundan sonra rəqib komandanın futbolçusu Marsel Halstenberqlə formasını dəyişib. Bu isə UEFA-nın tibbi protokoluna ziddir. Protokolda koronavirusa görə futbolçuların formalarını dəyişməmələri tövsiyyə olunur. Bu qayda pozuntusuna görə futbolçulara oyun cəzası verilə bilər.
Qeyd edək ki, ÇL-in final matçı avqustun 23-də keçiriləcək. PSJ həlledici oyunda "Lion" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.