Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səfir: ABŞ Azərbaycanın müstəqilliyini, sabitliyini, və rifahını tam dəstəkləyir

Səfir: ABŞ Azərbaycanın müstəqilliyini, sabitliyini, və rifahını tam dəstəkləyir

Tarix: 19 Avqust 2020 17:48

ABŞ Səfiri Litzenbergerin 2020-ci ilin Regional Enerji Təhlükəsizliyinə dair Simpoziumunda çıxış edib.

Səfirlikdən Milli.Az-a verilən məlumata görə, səfir çıxışında bildirib:

"Bu il Regional Enerji Təhlükəsizliyinə dair Simpoziumda çıxış etmək üçün mənə edilən dəvətə görə təşəkkür edirəm.

Biz bu dəyərli tədbiri artıq üç ildir ki keçiririk. Keçən il tədbirdə iştirak edərək Azərbaycanın suverenliyinə, müstəqilliyinə və Avropada enerji təhlükəsizliyinə verdiyi töhfələrinə dair ABŞ-ın öhdəliyini yenidən vurğulamaqdan məmnun olmuşdum.

Mən Dənizçilik Məktəbinə, ADA Universitetinə, SOCAR və BP şirkətlərinə göstərdikləri davamlı əməkdaşlığa görə öz təşəkkürümü bildirirəm.

Misli görünməmiş çağırışlar baxımından yaşadığımız il çətin olmuşdur. Lakin qeyd etmək istəyirəm ki, bugünki simpoziumun mövzusu olan enerji və təhlükəsizlik məsələlərinin bir araya gəlməsi hamişə olduğu kimi vacib və önəmli məsələdir.

Amerika Birləşmiş Ştatlarının NATO-ki Missiyasının Rəhbərinin Müavini və ABŞ-ın Hərbi və Siyasi Məsələlər üzrə Bürosunun rəsmisi kimi yüksən vəzifələrdə çalışdığım vaxt mən NATO-un və ABŞ-ın Enerji Təhlükəsizliyi Mərkəzi və hərbi təhsil məktəbləri vasitəsitəçiliyindən istifadə edərək enerji məsələrinin ön plana çəkmələrinin görmüşəm.

Bizim çatdırmaq istədiyimiz ismarıc aydın və davamlıdır: Azərbaycanın Avropa və qlobal enerji təhlükəsizliyinə və sabitiyinə verdiyi töhfə tərəfimizdən yüksən qiymətləndirilən müsbər öhdəliyin nümunəsidir.

Bir məqamı vurğulamaq istəyirəm: Birləşmiş Ştatlar Azərbaycanın Sovet ittifaqından ayrılandan sonra sonra əldə etdiyi müstəqilliyini, sabitliyini, və rifahını tam dəstəkləyir".

Milli.Az


Etiketlər:  Səfir ABŞ Azərbaycanın müstəqilliyini sabitliyini rifahını tam dəstəkləyir


RƏYLƏR