Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT Təhlükəsizlik Şurası Malidəki iğtişaşları qınadı

BMT Təhlükəsizlik Şurası Malidəki iğtişaşları qınadı

Tarix: 20 Avqust 2020 02:04

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası Malidəki hərbi üsyançılara həbs edilmiş vəzifəli şəxsləri dərhal azad etməyə və hərbi hissələrə qayıtmağa çağırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının Malidəki vəziyyətlə əlaqədar təcili iclasının yekunları üzrə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Təhlükəsizlik Şurasının üzvləri Malidəki son hadisələrə görə dərin narahatlıqlarını ifadə etdilər". Şuranın üzvləri avqustun 18-i Malidə baş verən hadisələri qınayıblar.

Təhlükəsizlik Şurasının üzvləri həmçinin ölkədə hüquqi və konstitusiya quruluşunun təcili şəkildə bərpa edilməsinin zəruriliyini vurğulayıblar.


Etiketlər:  Təhlükəsizlik Şurası Malidəki iğtişaşları qınadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ