Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 08:04
"Tesla" və "SpaceX" şirkətlərinin təsisçisi Elon Mask ilk dəfə dünyanın 4 ən zəngin insanı arasında yer alıb. Bu barədə "Bloomberg Billionaires Index"ə istinadən "Bloomberg" agentliyi məlumat verib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Tesla" şirkətinin səhmlərinin artımı iş adamının sərvətini 84,8 milyard dollaradək yüksəldib.
Dünyanın ən zəngin insanları reytinqdə birinci yeri 188 milyard dollar varidata sahib "Amazon" şirkətinin rəhbəri Ceff Bezos, ikinci yeri 121 milyard dollara malik "Microsoft"un yaradıcısı Bill Qeyts tutub. Üçüncü yerdə isə "Facebook"un yaradıcısı Mark Zukerberq (99 milyard dollar) yer alıb.