Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 08:18
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" (Bakı) - "Şkupi" (Şimali Makedoniya) matçının UEFA nümayəndəsi və hakim-inspektoru müəyyənləşib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, oyunun UEFA nümayəndəsi Oleq Molçanov (Moldova), hakim-inspektoru isə Orhan Erdemir (Türkiyə) olacaq.
Bundan əvvəl "Neftçi" -"Şkupi" matçının hakim təyinatları da açıqlanmışdı. Oyun Latviyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Aleksandrs Qolubevs olacaq. Ona Raymonds Tatriks və Yevgeniys Morozovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Artis Kenins yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Şkupi" oyunu saat 20:00-da başlayacaq.