Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avrokubokda koronavirus səbəbindən daha bir oyun təxirə salınıb

Avrokubokda koronavirus səbəbindən daha bir oyun təxirə salınıb

Tarix: 20 Avqust 2020 22:52

Avrokubokların yeni mövsümündə daha bir oyun koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bu gün keçirilməli olan "Tre Penne" (San-Marino) - "Qjilani" (Kosovo) görüşü baş tutmayacaq.

Kosovo təmsilçisində bir futbolçunun koronavirus testinin pozitiv çıxması UEFA-nı bu qərara vadar edib. Hazırda San-Marinoda olan komanda otellərin birində karantinə alınıb. Adı açıqlanmayan futbolçunun virusa yoluxduğu isə San-Marinoda müəyyənləşib.

Beləliklə, Kosovonun avrokuboklardakı 3-cü komandasında da koronavirus aşkarlandığından, oyun keçirilməyib. Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin "Linfild" (Şimali İrlandiya) - "Drita" (Kosovo) qarşılaşması öncəsi yaranmış analoji problemə görə ikincilərə texniki məğlubiyyət verilib. Avropa Liqasının ilk mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Priştina" (Kosovo) görüşü isə avqustun 22-nə keçirilib və Kosovo təmsilçisinin yalnız B komandasının meydana çıxmasına icazə verilib.


Etiketlər:  Avrokubokda koronavirus səbəbindən daha oyun təxirə salınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ