Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 23:16
Google istifadəçi məlumatlarını media qurumları ilə paylaşa biləcəyi barədə xəbərdarlıq edib. Buna səbəb isə Avstraliya hökumətinin bəzi xəbərlərin ödənişli olması barədə qanununun digər ödənişsiz xidmətləri təhdid etməsi olub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Google-un Avstraliyadakı direktoru Mel Silva "Avstraliyalılara açıq məktub" adlı bəyanat yayıb. Məktubda qeyd edilib ki, sözügedən qanun Google axtarış və YouTube xidmətlərinin təhlükə altına alınmasına da səbəb ola bilər. Vurğulanıb ki, şirkət avstraliyalılardan bu tip xidmətlər üçün pul almaq fikrində deyil. Bununla yanaşı, hökumətə istifadəçi məlumatlarının ödənişsiz xidmət göstərən media qurumlarına veriləcəyi barədə xəbərdarlıq olunub.