Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda iki nəfərin ölümündə təqsirləndirilən polis əməkdaşı bəraət aldı

Bakıda iki nəfərin ölümündə təqsirləndirilən polis əməkdaşı bəraət aldı

Tarix: 25 Iyun 2019 16:48

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Xəyal Məmmədova bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.

Qəza baş verən zaman “Range Rover”in sükanı arxasında olan Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Hadisə yerindən qaçma əməli barədə ittihama gəldikdə isə, Xəyal Məmmədov məhkəmədə bildirib ki, qəzadan dərhal sonra 102 vasitəsilə polisə və təcili yardıma zəng edib.


Etiketlər:  Bakıda iki nəfərin ölümündə təqsirləndirilən polis əməkdaşı bəraət aldı


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ