Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2020 10:20
Çempionlar Liqasında (ÇL) 2019/20 mövsümü başa çatır.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bu gün turnirin final qarşılaşması keçiriləcək.
Həlledici matçda Fransa çempionu PSJ ilə Almaniyada qızıl medalların sahibi "Bavariya" üz-üzə gələcək. İtaliyalı Daniele Orsatonun idarə edəcəyi görüşdə PSJ tarixində ilk dəfə, "Bavariya" isə 11-ci dəfə final oyununa çıxacaq.
"Marsel", "Reyms", "Sent-Etyen" və "Monako"dan sonra həlledici matça qədər irəliləyən 5-ci Fransa təmsilçisi olan PSJ 27 ildən sonra kuboku adıçəkilən ölkəyə aparmaq niyyətindədir. Fransızların bu turnirdəki yeganə çempionluğunu 1993-cü ildə "Marsel" əldə edib.
7 illik fasilədən sonra yenidən finalda iştirak edəcək "Bavariya" isə 1974, 1975, 1976, 2001 və 2013-cü ildən sonra 6-cı dəfə ÇL-in qalibi olmağa çalışacaq.
Çempionlar Liqası
Final
23 avqust
23:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya)
Baş hakim: Daniel Orsato (İtaliya)
Lissabon. "Da Luş" stadionu