Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pepsi və Apple-ın sabiq idarəçisindən markalara böhran dövründə - MARKETİNQ TÖVSİYƏLƏRİ

Pepsi və Apple-ın sabiq idarəçisindən markalara böhran dövründə - MARKETİNQ TÖVSİYƏLƏRİ

Tarix: 23 Avqust 2020 22:48

Müəssisələr çətin COVID-19 dövrünün öhdəsindən gələ bilmək üçün tarixin böyük tənəzzül və geriləmələrini nəzərdən keçirirlər.

Apple və Pepsi-nin tarixində böyük rol oynamış John Sculley isə belə çətinliklərlə qarşılaşmış və şirkəti fırtınanın zədələrindən qoruya bilmişdir. The Drum's Can do Festivalında qonaq olan Sculley markalara bu çətin dövrün öhdəsindən gələ bilmək üçün bəzi tövsiyələr verir.

Reklam yayımlamağa davam edin

Sonxeber.net facemark.az-a istinadən bildirir ki, bu kimi böhran dövrlərinin fərziyyələrə və suallara səbəb olacağını vurğulayan Sculley görünür olmanın çox önəmli olduğunu bildirib. Belə dövrdə səssiz qalmaq həqiqətən belə bir suallar doğurur - Onlar narahatdırlarmı?

Şirkətlərində bir problemmi var? Böyük markaların cəmiyyətdə məhsul satmaqdan başqa məsuliyyətləri olduğunu qeyd edən Sculley'ə görə bu dövrdə üzərinə məsuliyyət götürən markalar uzun dönəmdə qazanclı olacaqlar. Sculley "Bu formada hərəkət edən şirkətlər böhran zamanı bizə həqiqətən komək olan şirkət olaraq görüləcəkdir. İstehlakçılar özünə sahib çıxan markalara sahib çıxır",- dedi.

Onların qaydalarına görə oynamayın

Sculley: "Çatışmazlıqları olan kiçik bir şirkət olsanız belə təməl qaydaları dəyişdirsəniz böyük bir təsiri ola bilər. Bu sizə marka reklamçılığının gücünü göstərir", - dedi.

1970-ci illərdə Pepsinin rəhbəri olan Sculley paradiqmanı dəyişdirən Pepsi Mübarizəsinin yaradılmasına köməkçi oldu. Bu işi əldə edərkən sadəcə 30 yaşında idi və ona Pepsi-ni gücləndirmək tapşırılmışdı və hədəfində Coca-Cola-nın tacı var idi.

Sculley o günlərlə bağlı qeyd edir ki, "O vaxtlar həqiqətən ölkə daxilində qanuni marka deyildik. Və dünyanın ən dəyərli markasına qarşı idik. Qaydalara görə, oynasaydıq onları məğlub etməyin bir yolu yox idi".

Nəticədə Sculley və komandası ölkəmizdə yayımlanan kampaniyalardan bir çoxumuzun xatırlaya biləcəyi dequstasiya testinə başladı. Bu qiymətli bir öngörmə idi və bunun Coca-Cola-nın Axilles dabanı olduğu sübut edildi. Dequstasiya testlərində Pepsi bazar liderindən daha yaxşı performans göstərdi. Amerikalıların real cavabları televizorda yayımlandı.

Yayımlanan bu kampaniyadan sonra olanları danışan Sculley "Coca Cola nə qədər çox şikayət edərsə kampaniyamızı o qədər çox sevdik. Bizi məhkəməyə verdilər və bu reklamları yayımlamağımızın qarşısını almağa çalışdılar", - dedi.

Sculley və komandasının oyuna gətirdiyi yeni qayda meyvələrini verdi və Sculley Pepsi-dən ayrıldığında, Pepsi Amerikada ən çox satan qablaşdırılmış istehlak məhsulları markası olaraq Coca Cola-nı keçmişdi.

Qiymətinizi müəyyənləşdirin və ona bağlı qalın

Sculley-in Pepsi macərası 1983-cü ildə Stiv Cobsun bir sualı ilə sona çatdı. Həyatının geri qalanında şəkərli su satmağa davammı edəcəksən, yoxsa mənimlə gəlib dünyanımı dəyişdirəcəksən?

Apple dünyanı fəth etdiyini görəcəyi toxumları elə həmin o günlərdə atdı.

Rejissorluğunu Ridley Scott-un çəkdiyi ikonik 1984-cü il reklamı hələ də izləyənlərin zehnindən silinməmişdir. Steve Cobs və Sculley o kampaniyanı görən kimi Super Bowl spotu aldılar.

Sculley bütün Pepsi təcrübəsindən istifadə edərək 22 yaşında olan gənc Apple şirkətinə rəhbərlik etdi və ona əsil şöhrəti qazandıran uğuru isə Steve Cobsun premium qiymətləndirmə qərarında müəyyənləşdirici faktor olması oldu. O vaxtlarda Apple Macintosh üçün tayı-bərabəri olmayan 1500 dollarlıq endirim etməyə yaxın idi.

Sculley isə Cobsa "Yüksək standartlarınızı qorumaq istəyirsinizsə o zaman premium bir məhsul olaraq qiymətləndirməliyik", - dedi.

Sculley o qərarı və günləri "Ən böyük hissə payına sahib olmaq məcburiyyətində deyildik. Bu strategiya əvvəl axır qazandı. 10 il sonra Apple-dan ayrıldıqda dünyanın ən çox satılan şəxsi kompüterinə sahib olduq",- deyərək təsvir etdi.

Heç vaxt böyük bir böhranı qaçırmayın

Sculley-in iş ortağı Steinberg də həmin günü çıxış etdi və markaların əsla böyük bir böhranı əldən verməmələrini söylədi. Böyük böhran dövrlərinin dünyanı dəyişdirmək üçün bir fürsət olduğunu ifadə edən Steinberg, Böyük Depressiya dövründə P&G tərəfindən çəkilən serialları nümunə göstərdi. "Bu gün janrın adının haradan gəldiyini (soap opera) bir neçə nəfər xatırlasa da, amma sponsorlu seriallar hələ də davam edir".

Steinberg bunun önəmini rəqəmlərlə sübut edərək qeyd edirdi ki, "Bu təşəbbüslə, P&G Böyük Depressiya illərində sektorun 20 ən böyük şirkətindən biri olmağı bacardı. Böhran başa çatdıqda isə dünyanın ən böyüyü oldu".


Etiketlər:  Pepsi Apple sabiq idarəçisindən markalara böhran dövründə MARKETİNQ TÖVSİYƏLƏRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ