Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər: Dondurulmuş ərzaq məhsullarından koronavirusa yoluxma ehtimalı...

Alimlər: Dondurulmuş ərzaq məhsullarından koronavirusa yoluxma ehtimalı...

Tarix: 24 Avqust 2020 07:48

Alimlər təsdiqləyirlər ki, dondurulmuş ərzaq məhsullarından koronavirusa yoluxma ehtimalı mövcuddur. Bunu "Rospotrebnadzor"un Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin eksperti Denis Buxantsev də təsdiqləyib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, onun sözlərinə görə, dondurulmuş qida vasitəsilə COVID-19-a yoluxma şansı az öyrənilib. Lakin sayca az aparılan eksperimentlərin nəticələrinə görə aydındır ki, belə ehtimal mövcuddur. D.Buxantsev qeyd edib ki, laboratoriya tədqiqatlarının nəticələri real həyatda baş verənlərdən ciddi şəkildə fərqlənə bilər.

Bundan əvvəl Sinqapurdan olan tədqiqatçılar xəbərdarliq etmişdilər ki, dondurulmuş ərzaqlarda koronavirus bakteriyaları uzun müddət ərzində salamat qala bilir.


Etiketlər:  Alimlər Dondurulmuş ərzaq məhsullarından koronavirusa yoluxma ehtimalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ