Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2020 14:36
Bakı. Samir Əli - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi nəzarət tədbiri zamanı İmişli rayonu ərazisindəki Sarısu Ovçuluq Təsərrüfatında qanunsuz ov edən şəxslər saxlanılıb.
Bunu Trend-ə açıqlamasında Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib:
“Araşdırma zamanı brakonyerlərin Sabirabad rayon sakinləri Tahir Muxtarov və Ruslan Əhmədov olduğu məlum olub, onlardan ov tüfəngləri və ovlanmış qaşqaldaq quşları götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub”.