Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2020 18:40
Bakı. Trend:
İndoneziyanın Bali adası bu ilin sonunadək xarici turistlər üçün bağlı qalacaq.
Trend-in məlumatına görə, bunu Bali əyalətinin qubernatoru Vayan Koster deyib.
Bundan əvvəl, adanın sentyabrın 11-də turistlər üçün açılacağı nəzərdə tutulurdu.
Bali adasında koronavirus pandemiyası ilə əlaqədar 3 minə yaxın şəxs turizm sektorunda işini itirib, 73 mindən çox şəxs ödənişsiz məzuniyyətə göndərilib.
Bu günədək İndoneziyada 155 mindən çox koronavirusa yoluxma qeydə alınıb, 6 759 nəfər ölüb.